Ən böyük təyyarədaşıyan gəmi Aralıq dənizinə daxil oldu: - Bölgədə nə baş verir?

Ən böyük təyyarədaşıyan gəmi Aralıq dənizinə daxil oldu: - Bölgədə nə baş verir? Gündəm

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus ən böyük təyyarədaşıyan gəmi "USS Gerald R. Ford" iyulun 19-da Cəbəllütariq boğazını keçərək Aralıq dənizinə daxil olub. 

News24.az xəbər verir ki, gəmi ABŞ Altıncı Donanmasının - Avropa Komandanlığının tərkibində fəaliyyət göstərir.

Təyyarədaşıyanı bir neçə esmines və yardımçı hərbi gəmi müşayiət edir. Bu yerləşdirmə ABŞ-ın regiondakı hərbi mövcudluğunu gücləndirmək məqsədi daşıyır.

Məlumata görə, "USS Gerald R. Ford"un Qırmızı dəniz istiqamətində hərəkət edib-etməyəcəyi hələlik qeyri-müəyyən olaraq qalır.

Aqil