İrandan ABŞ AÇIQLAMASI: - "Buna hazır deyilik"__NEWL____NEWL____NEWL____NEWL____NEWL____NEWL____NEWL____NEWL__

İrandan ABŞ AÇIQLAMASI: - "Buna hazır deyilik"__NEWL____NEWL____NEWL____NEWL____NEWL____NEWL____NEWL____NEWL__ Gündəm

İran gələcəkdə ABŞ-la birbaşa danışıqları nəzərdən keçirə bilər, lakin hazırda yalnız dolayı – vasitəçilər üzərindən ünsiyyətə üstünlük verir. 

News24.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “Fox News” telekanalına müsahibəsində bildirib.

Jurnalistin “Regionda gərginliyi azaltmaq üçün ABŞ-la birbaşa danışıqlara hazırsınızmı?” sualını cavablandıran Əraqçi deyib:

“Biz hələ birbaşa danışıqlara deyil, danışıqlara açığıq – əgər bu, qarşılıqlı faydalı həllə gətirirsə. Mən ABŞ-la ünsiyyətə hazıram. Etimadın yaradılması üçün istənilən addımı atmağa hazırıq”, – deyə nazir vurğulayıb.

O qeyd edib ki, İranın nüvə proqramı tamamilə dinc məqsədlərə xidmət edir və ölkə heç vaxt nüvə silahı istehsal etməyə çalışmayacaq. Əvəzində isə Tehran ABŞ-dan sanksiyaların ləğvini gözləyir.

Nazir əlavə edib ki, Tehran yalnız qarşılıqlı hörmət və maraqlar əsasında dolayı danışıqlar modelinə üstünlük verir.

Aqil