Rihannanın evinə polis basqını oldu
    • 15-08-2018, 13:14
    • 962

Rihannanın evinə polis basqını oldu

Məşhur müğənni Rihannanın ABŞ-ın Los Anceles şəhərində yerləşən evinə polis basqını olub.

Buna səbəb müğənninin evində təhlükəsizlik siqnalları işə düşüb. Lakin bu vaxt Rihanna evində deyil, Londonda bir gecə klubunda olub.
Bölgəyə helikopterlərlə gələn polislər evin ətrafını blokadaya alıb. Polislərin bu təlaşına səbəb isə tez-tez məşhurun evinə pərəstişkarlarının hücum etməsi olub.