Neft hasilatı ilə bağlı qərar VERİLMƏYƏCƏK - OPEC

Neft hasilatı ilə bağlı qərar VERİLMƏYƏCƏK - OPEC İqtisadiyyat

OPEC+ ölkələrinin birgə nazirlər monitorinq komitəsi (JMMC) iyulun 28-də keçiriləcək iclasda neft hasilatı ilə bağlı qərar verməyəcək. 

News24.az xəbər verir ki, bu barədə OPEC-in rəsmi "X" hesabında yayımlanan açıqlamada bildirilib.

“Son vaxtlar JMMC-nin qarşıdakı iclası ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərək bildiririk ki, bu komitənin hasilat səviyyəsi ilə bağlı qərarvermə səlahiyyəti yoxdur,” – deyə bəyanatda vurğulanıb.

Təşkilata görə, JMMC-nin rolu yalnız hasilatla bağlı düzəlişlərə nəzarət və bazar şəraitinin ümumi qiymətləndirilməsi ilə məhdudlaşır. OPEC Sekretariatı əlavə edib ki, komitənin toplantısını “Səkkizlər Qrupu”nun (hasilatı könüllü şəkildə azaldan 8 OPEC+ ölkəsi) hasilat dəyişiklikləri ilə əlaqələndirmək doğru deyil və bu, komitənin mandatına daxil deyil.

OPEC bazarda çaşqınlıq və spekulyasiyaların qarşısını almaq üçün dəqiq və düzgün məlumat yayılmasına çağırıb.

Xeyrənsə Piriyeva