Bir qrup müsəlman qadın Parisdə "hovuz" AKSIYASI KEÇİRDİ
    • 2-09-2019, 14:32
    • 779

Bir qrup müsəlman qadın Parisdə "hovuz" AKSIYASI KEÇİRDİ

Fransanın paytaxtı Paris şəhərində bir qrup müsəlman qadın hovuzda aksiya keçirib. 

Buna səbəb müsəlman qadınların ölkə ərazisində hovuz və çimərliklərdə burkinidə çimməsinə qadağa qoyulmasıdır.  
Aksiya iştirakçıları əllərində "Hovuz hamı üçündür!", "İslamofomiyaya son!" şüarları yazılmış plakatlar tutub, "Rasistlər qoymasa da, biz çiməcəyik!" deyərək oxuyublar. 

Onlar yaydıqları bəyanatda Fransadakı hovuzları və çimərlikləri daxili nizamnamələrini dəyişməyə çağırıb, İslamofobiya hallarını pisləyiblər.
Aksiyaya polis müdaxilə edib, iştirakçıları zorla hovuzdan çıxarıblar. Hadisədən sonra hovuz bir neçə saat bağlı qalıb. /Report/