Bakı Olimpiya Stadionunda daha bir il futbol olmayacaq

Bakı Olimpiya Stadionunda daha bir il futbol olmayacaq İdman


Bakı Olimpiya Stadionunda (BOS) ehtiyat meydançaların fəaliyyəti avqustun əvvəllərində bərpa olunacaq.

Bu barədə Teleqraf-a BOS-un mətbuat katibi Fərid Əsədzadə məlumat verib.

Onun sözlərinə görə, əsas meydança 2026-cı ilin mayında keçiriləcək tədbirdən sonra oyunlar üçün hazır vəziyyətə gətiriləcək.

Daha əvvəl 2026-cı il dünya çempionatının Azərbaycan və Fransa milliləri arasındakı D qrupunun seçmə oyununun BOS-da yox, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcəyi açıqlanıb.

Xatırladaq ki, BOS 11 - 22 noyabr 2024-cü ildə COP-29 tədbirinə ev sahibliyi edib. 2026-cı ildə isə Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası məhz bu stadionda təşkil olunacaq.