Xankəndidə qanunsuz ucaldılan daha bir abidə - SÖKÜLDÜ

Xankəndidə qanunsuz ucaldılan daha bir abidə - SÖKÜLDÜ Dünya

Xankəndidə yerləşən erməniəsilli rusiyalı rəssam İvan Ayvazovskinin abidəsi sökülüb.

News24.az  xəbər verir ki, bu barədə Rusiyanın RBK agentliyi məlumat yayıb.

Bildirilib ki, abidənin sökülməsi ilə bağlı qərar 2023-cü ildə verilib.

Qeyd edək ki, İvan (Ovanes) Ayvazovskinin abidəsi 2021-ci ilin dekabrında erməni separatçıları və Rusiya sülhməramlıları tərəfindən “Rusiya Şöhrət xiyabanı” layihəsi çərçivəsində qanunsuz olaraq ucaldılıb.