Kreml Trampın BRİKS-ə qarşı hədələrinə - CAVAB VERDİ

Kreml Trampın BRİKS-ə qarşı hədələrinə - CAVAB VERDİ Gündəm

BRİKS fəaliyyətini digər ölkələrə qarşı yönəltmir və bu qurum “antiamerikan təşkilat” kimi qiymətləndirilməməlidir.

News24.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

“BRİKS-in məqsədi heç bir halda kiməsə qarşı yönəlmək deyil. Bu, antiamerikan və ya digər dövlətlərə qarşı olan blok deyil”, – deyə Peskov vurğulayıb.

Qeyd edək ki, BRİKS son illərdə üzv sayını artırmaqla və iqtisadi-ticari əlaqələri gücləndirməklə qlobal miqyasda təsir dairəsini genişləndirməkdədir.