Meyiti çay yaxınlığında tapıldı
    • 3-09-2019, 02:13
    • 1 751

Meyiti çay yaxınlığında tapıldı

Qax rayonunda kişi meyiti tapılıb.
News24.az xəbər verir ki, bu gün axşam saatlarında Kürmük çayı yaxınlığında kişi meyiti aşkarlanıb.
Hadisə yerinə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.
İlkin müayinə zamanı meyiti tapılan şəxsin Ağdam rayon sakini 1950-ci il təvəllüdlü Şəfa Əvəz oğlu Behbudov olması məlum olub. Onun ürək tutmasından ölməsi ehtimal edilir.
Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Qax rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.