Avropa Fələstini tanıyır, ABŞ narahatdır
Dünya
Avropa ölkələrinin bir-birinin ardınca Fələstin dövlətini tanıması ABŞ-da diplomatik fəallığı artırıb.
News24.az xəbər verir ki, Qəzzada aclıq və bombardman davam edərkən, Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff İsrail Baş naziri Netanyahu ilə Tel-Əvivdə görüşüb. Tramp, “Həmas təslim olmalı və girovları azad etməlidir” deyərək vəziyyəti “dəhşətli” adlandırıb.
Bu vaxt ABŞ, Fələstin rəsmilərinə viza sanksiyası tətbiq edib. Eyni zamanda, ABŞ-ın yaratdığı yardım fondunun nəzarətindəki məntəqələrdə Gəzzəlilərə qarşı zorakılıq iddiaları narazılıq doğurub.
Vitkoff bölgəyə səfər etsə də, əlavə açıqlama verməyib. Ağ Ev, səfər sonrası Prezidentə hesabat təqdim ediləcəyini bildirib.
Xeyrənsə Piriyeva