COVID-19 -un daha bir zərəri - ORTAYA ÇIXDI
Sağlamlıq
Nottingham Universitetinin alimləri 15 mindən çox yetkin üzərində apardıqları araşdırmada COVID-19 pandemiyasının insan beyninə gizli təsirini ortaya çıxarıb.
News24.az xəbər verir ki, Pandemiyadan əvvəl və sonra MRT nəticələrini müqayisə edən süni intellekt modeli, beyin yaşlanmasının 5,5 ay sürətləndiyini göstərib.
COVID keçirməyən şəxslərdə də bu təsirin müşahidə olunması, əsas səbəbin sosial təcrid və qeyri-müəyyənlik olduğunu göstərir. Alimlər dəyişikliklərin geri dönə biləcəyini deyərək, ətraf mühitin də beyin sağlamlığında mühüm rol oynadığını bildiriblər.
Xeyrənsə Piriyeva