Peşə təhsili müəssisələrinə sənəd qəbulu DAVAM EDİR
    • 3-09-2019, 11:30
    • 577

Peşə təhsili müəssisələrinə sənəd qəbulu DAVAM EDİR

2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulunun ikinci mərhələsi sentyabrın 5-dək davam edəcək.

Təhsil Nazirliyindən News24.az-a verilən məlumata görə, dərzi, aşpaz, kompüter operatoru, elektrik qaz qaynaqçısı, xalçaçı, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, mehmanxana inzibatçısı ən çox müraciət edilən ixtisaslar arasında yer alır. Müsabiqəyə birinci mərhələdə iştirak etməyən namizədlər də qatıla bilərlər.

Sənəd qəbulu “ASAN xidmət” mərkəzlərində, “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada həyata keçirilir. Qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə aparılır. Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların qəbulu müsabiqədənkənar aparılı