Bakıda kanalizasiya kollektorunda qəza - Hərəkət məhdudlaşdı
    • 3-09-2019, 14:24
    • 918

Bakıda kanalizasiya kollektorunda qəza - Hərəkət məhdudlaşdı

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Natavan küçəsində (Biləcəri əyləncə parkının yaxınlığı) yolun altından keçən və “Azərsu” ASC-nə məxsus kanalizasiya kollektorunda qəza baş verib və nəticədə yolun həmin hissəsində asfalt-beton örtükdə dağılmalar və çökmə qeydə alınıb.

"Azərbaycan Avtomobil Yollları" Dövlət Agentliyindən verilən məlumata görə, baş vermiş qəzanın aradan qaldırılması üçün ərazidə qazıntı-bərpa işləri aparılır.

Sürücülərdən qeyd olunan ünvanda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur. /trend/