Gürcü rejissor Eldar Şenqelaya vəfat edib
Dünya
Gürcüstanlı kinorejissor, SSRİ xalq artisti Eldar Şenqelaya 93 yaşında dünyasını dəyişib.
News24.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə məlumatı Nato Vaçnadze Fondu yayıb.
Qeyd edək ki, 1933-cü ildə Tbilisidə anadan olan Şenqelaya “Mavi dağlar”, “Qeyri-adi sərgi” kimi tanınmış filmlərin rejissoru olub.