İngiltərə sahillərində "fatma" qurdu TƏHLÜKƏSİ - TƏHLÜKƏSİ
Dünya
İngiltərənin sahil şəhərlərində bu yay qeyri-adi hadisə yaşanır. Xüsusilə Veston-super-Mare bölgəsində minlərlə fatma qurdu insanlara qonaraq bəzilərini dişləyib.
News24.az-ın məlumatına görə, mütəxəssislər xəbərdarlıq edir ki, fatma qurdları zərərsiz görünsə də, özlərini təhlükədə hiss etdikdə və ya susuz qaldıqda insanları dişləyə bilər. Dişləmələri zəhərli olmasa da, sancma hissi yarada bilir.
Ekoloqlara görə, bu artımın səbəbi isti havalardır. Xüsusilə yeddi nöqtəli fatma qurdu sayı bu il rekord həddə çatıb.