Polşa səfiri İsrail XİN-ə çağırıldı
Dünya
Polşanın Təl-Əvivdəki səfiri Matsey Hunya Baş nazir Donald Tuskun və Xarici İşlər Nazirliyinin (XİN) Qəzza sektoru ilə bağlı bəyanatları ilə əlaqədar İsrail XİN-ə çağırılıb.
News24.az xəbər verir ki, bu barədə İsrail xarici siyasət idarəsinin rəsmi bəyanatına istinadən yerli KİV-lər məlumat yayıb.
İsrailin XİN başçısı Gideon Saarın göstərişi ilə Polşa səfirinə siyasi-strateji idarənin rəhbəri tərəfindən rəsmi demarş elan edib.
"İsrail bu ittihamları qətiyyətlə rədd edir. Ölkə Polşanın tarixi təhrif edən və Holokost qurbanlarının xatirəsinə hörmətsizlik edən ifadələrdən çəkinəcəyini gözləyir", - nazirlikdən bildirilib.
Qurumdan vurğulanıb ki, dövlət İsraili məhv etmək və vətəndaşlarını kütləvi şəkildə öldürmək məqsədi daşıyan te**or təşkilatına qarşı mübarizə aparır.
"İsrail beynəlxalq humanitar hüquqa uyğun olaraq fəaliyyət göstərir və Qəzzaya humanitar yardımın çatdırılması üçün səylərini əhəmiyyətli dərəcədə artırıb. İsrail HƏMAS-ın təbliğatına deyil, faktlara əsaslanan konstruktiv dialoqa ümid edir", - məlumatda qeyd edilib.