Yaşlanmaqdan qorxmayan, ailə qurmağa tələsməyən Sevda - VİDEO
    • 3-09-2019, 17:17
    • 1 026

Yaşlanmaqdan qorxmayan, ailə qurmağa tələsməyən Sevda - VİDEO

“Yaşlanmaq məni əsla narahat etmir. Çünki, böyümək də yaşlanmaq da gözəldir”.

Bu sözləri bir neçə ay sonra ad gününü qeyd etməyə hazırlaşan müğənni Sevda Yahyayeva News24.az-a açıqlamasında deyib: “Allah hər kəsə uzun ömür qismət etsin. İnsan hər yaşını görsün. Misal üçün mən yetmiş yaşımda da özümü görmək istəyərdim. Qocalmaqdan da qorxmuram. Əksinə, bu mənim həyatda yaşamağımın göstəricisidir. Ona görə də belə bir kompleksim də yoxdur”.

Özünü gözəl saymadığını vurğulayan S.Yahyayeva ailə qurmaq məsələsində tələsmədiyini bildirib: “Bu tələsmək işi deyil, qismət işidir. Deyə bilmərəm ki, ailə qurmaq istəmirəm. Qismət nə vaxtdırsa, o vaxt da olacaq”.

İfaçı sevgisinə görə qaşısına qoyulacaq qadağalarla da  razılaşa biləcəyini etiraf edib: “Sevsəm əlbətdə ki, ”razılaşaram. Çünki, sevgi elə bir şeydir ki, insanın qulağını kar, gözünü isə kor edir. Mənə elə gəlir ki, sevən isan fədakar olur. Çox şeylərə dözür”.

Sevda Yahyayeva soz zamanlar sosial şəbəkələrdə paylaşılan videolara da münasibət bildirib: “Sosial şəbəkə həm yaxşıdır, həm də pis. Çünki, hər şeyi paylaşırlar. Buna böyüklər də uşaqlar da baxır. Həmin görüntülərə adam baxmağa utanır. Bunun qarşısını isə almaq mümkün deyil. Çox təəssüf...”