Ağstafada ağır qəza: - Ölən var__NEWL__

Ağstafada ağır qəza: - Ölən var__NEWL__ Hadisə

Ağstafa rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az Teleqraf-a istinadla xəbər verir ki, Eynallı kəndində qeydə alınan hadisə zamanı yolu keçmək istəyən piyadanı maşın vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Ölən şəxsin kimliyi dəqiqləşdirilir.