Qəbələ sakinindən qanunsuz TÜFƏNG GÖTÜRÜLDÜ
    • 4-09-2019, 10:23
    • 1 132

Qəbələ sakinindən qanunsuz TÜFƏNG GÖTÜRÜLDÜ

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

Daxilli İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, sentyabrın 3-də Oğuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Xaçmaz kəndi ərazisində Qəbələ rayonu Zərgərli kənd sakini Qafqaz Əhmədxanovdan müvafiq sənədləri olmayan “TOZ-28” markalı təklülə ov tüfəngi aşkar edilərək götürülüb.