Axtarılan italiyalı alpinistin meyitini süni intellekt TAPDI
Dünya
İtaliyanın Monte Vizo dağında bir ildir axtarılan alpinistin meyiti, süni intellektin köməyi ilə cəmi iki günə tapılıb.
News24.az xəbər verir ki, axtarış qrupları aylarla nəticə əldə edə bilməsə də, alpinistin telefon siqnalları əsasında müəyyən olunan ərazi dronlarla çəkilib, 2.600 şəkil toplanıb.
Xüsusi proqram hər pikseli analiz edərək dağ mənzərəsinə uyğun olmayan obyektləri müəyyənləşdirib. Ən diqqətçəkən detal isə qırmızı dəbilqə olub. 31 iyulda dronla aparılan son yoxlamada meyit 3.150 metr hündürlükdə aşkar edilib.
Bu hadisə süni intellektin axtarış-xilasetmə əməliyyatlarında nə qədər faydalı ola biləcəyini göstərib.
Xeyrənsə Piriyeva