"Qarabağ"ın bugünkü oyun ilə bağlı MÜHÜM SSENARİ: - Bu halda qəlib GƏLƏCƏYİK

"Qarabağ"ın bugünkü oyun ilə bağlı MÜHÜM SSENARİ: - Bu halda qəlib GƏLƏCƏYİK İdman

""Qarabağ" futbol komandası rəqib komanda olan "Şkendiya" komandasına 1:0 üstünlüklə qalib gəlib. Bu da komandanın  bugünkü oyunda üstün oacağını göstərir". 

Bu fikirləri News24.az-a açıqlamasında futbol eksperti, sabiq futbol funksioneri Ceyhun Sultanov deyib. 

Onun sözlərinə görə, "Qarabağ" cavab oyununu evdə, Tofiq Bəhramov stadionunda keçirəcək və bu onlar üçün daha bir üstünlük sayılır: " Həmçinin komanda olaraq rəqibdən daha güclüyük. 

Eyni zamanda biz əvvəlki səfər oyununda çıxan qol fürsətlərini itirdik. Amma yenə də rəqibdən olduqca üstün komandayıq".



Ekspert növbəti oyunlarda daha güclü hücumçuların alınmasının vacibliyini də vurğulayıb: "Düzdür, hücumçularımızla bu oyunu da yola verə bilərik. Lakin növbəti mərhələyə qalxdıqca, rəqiblərimiz də çətinləşəcək.  İnanıram ki, "Qarabağ"  komandasına daha yaxşı hücumçular alacaq".

Xeyrənsə Piriyeva