-
- 5-09-2019, 02:15
- 719
Ərdoğan Türkiyədə təklənir: Dəstəkləyənlər dəstəkləməyənlərə uduzur
Rəy sorğusunun nəticələrinə görə, respondentlərin yalnız 44 faizi Ərdoğanın ölkənin necə idarəetməsini bəyənir. Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın ölkəni idarə etməyi ilə razı olmayanların sayı son bir ildə 10% artıb.
News24.az xəbər verir ki, bunu "MetroPOLL" araşdırma şirkətinin keçirdiyi rəy sorğusunun nəticələri göstərir.
Şirkət avqust ayında keçirdiyi rəy sorğusunun nəticələrini öz sosial şəbəkədəki səhifəsində yayımlayıb.
"Türkiyənin Nəbzi Avqust 2019" adlı rəy sorğusunun nəticələrinə görə, respondentlərin 44 faizi Ərdoğanın ölkənin necə idarə etməsini bəyənir.
"Bəyənmirəm" deyənlərin sayı isə bir ildə 10% artaraq 38% faizlik göstəricidən 48%-ə qalxıb.
Müqayisə üçün ötən ilin avqust ayında respondentlərin 53,1% Ərdoğanın ölkəni necə idarə etməsini bəyəndiyini bildirmişdi.