Kəlbəcərdə kişi qayadan yıxılaraq öldü

Kəlbəcərdə kişi qayadan yıxılaraq öldü Hadisə

Kəlbəcərdə 54 yaşlı kişi qayadan yıxılaraq ölüb.

News24.az "Unikal"a istinadən xəbər verir ki, hadisə rayonun Rəhimli kəndinin ərazisində baş verib.

Belə ki, 1971-ci il təvəllüdlü U.Verdiyev kəndinin ərazisində ehtiyatsızlıqdan qayadan yıxılıb. 

54 yaşlı kişi aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı Kəlbəcər Rayon Prokurorluğunda araşdırma aparılır.