Zabrat stansiyasından  300 metr naqil OĞURLANDI
    • 5-09-2019, 12:27
    • 782

Zabrat stansiyasından 300 metr naqil OĞURLANDI

Sabunçu rayonu Zabrat dəmir yolu stansiyasının ərazisində oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, hadisə zamanı naməlum şəxs stansiyanın ümumilikdə 300 metr elektrik naqilni oğurlayıb.

Sabunçu Xətt Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Mail Əliyev saxlanılıb.

O, ifadəsində hadisəni törətdiyini etiraf edib.