Astarada 66 yaşlı kişi qətlə yetirildi

Astarada 66 yaşlı kişi qətlə yetirildi Hadisə

Astarada 66 yaşlı kişi kəsici alətlə qətlə yetirilib.

News24.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Suparibağ kəndində qeydə alınıb.

Belə ki, avqustun 17-si axşam saatlarında Astara rayonunun Suparibağ kəndinin ərazisində 1959-cu il təvəllüdlü Məmmədov İsgəndər Şıxəli oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Əliyev Vüsal Əvəz oğlu polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.