-
- 15-08-2018, 18:40
- 841
Ağasəlim Mircavadov: “Rəşad Sadıqovun səhvindən yox, “Qarabağ”ın niyə qol vura bilməməsindən danışaq” - MÜSAHİBƏ
AFFA-nın Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovun müsahibəsi
- “Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandırdı. Ağdam təmsilçisinin III təsnifat mərhələsində Belarusun BATE komandasını keçə bilməməsini gözlənilməz nəticə hesab etmək olar?
- BATE son illər avrokuboklarda uğurlu çıxış etsə də, mən “Qarabağ”ın növbəti mərhələyə vəsiqə qazanacağını düşünürdüm. Həm ilk, həm də cavab matçında komandaların sərgilədiyi futbola əsasən, komandamız pley-offa keçməyə daha layiq idi. Çoxsaylı qol epizodlarımız oldu. Lakin bu oyunlar bir daha göstərdi ki, avrokuboklarda səhvlərdən istifadə edən komanda uğur qazanır. Beynəlxalq görüşlərin əsas səciyyəvi xüsusiyyəti budur. Məşqçilər özləri analiz edib, harada səhv etdikərini biləcəklər. BATE-nin “Qarabağ”dan güclü olduğunu düşünmürəm. Əksinə, bizim komanda üstün idi.
- Sizcə, “Qarabağ” hansı səhvlərə yol verdi və BATE nəyin hesabına pley-off mərhələsinə yüksəldi?
- Düzdür, səhvlərimizdən qol vurdular. Lakin əsas problem komandamızın yaratdığı epizodlardan istifadə edə bilməməsidir. Son illər “Qarabağ”da qol vuran futbolçu azdır. Oyunçular hər nə qədər aqressiv çıxış etsələr də, diqqətli və ağıllı davranmalıdırlar. İnnosent Emeqara 77-ci dəqiqədə qırmızı vərəqə almaya da bilərdi. Bir “sarı”n varsa, niyə aqressiv mübarizə aparırsan? Burada məşqçilik bir şey yoxdur, oyunçu düzgün hərəkət etməlidir. Ola bilər ki, Azərbaycan çempionatında bu cür epizodlar zamanı hörmət edərlər, bağışlayarlar. Amma Avropada belə şeyləri keçmirlər. Fikir verdinizsə, referi dərhal ikinci sarı vərəqə çıxartmaq istəmirdi. Köməkçisinin işarəsindən sonra əlini cibinə atdı. Bir sarı vərəqəsi olan futbolçu ehtiyatlı davranmalıdır.
- Emeqaranın qırmızı vərəqə alması nəticəyə təsir etdi?
- Əlavə olunmuş vaxtı da saysaq, hələ matçın başa çatmasına 15 dəqiqə vardı. Meydanda qalsaydı, bilmək olmazdı nələr baş verəcəkdi. Hər şeydən istifadə etmək lazımdır. Məsələn, xarici komandalar rəqibinin heyətində “sarı”sı olan futbolçuları təxribata çəkirlər. Amma biz belə şeylər etmirik. Bizimlə oynayan komandalar standart vəziyyətlərə də çox diqqət yetirirdilər. BATE də az qala bu cür qol vuracaqdı. Qapıçımız Hannes Halldorsson da çox həyacanlı idi. Niyə belə olduğunu başa düşmədim. Onun kimi təcrübəli qolkiper sakit oynamalıdır.
- Yeri gəlmişkən, ilk iki təsnifat mərhələsində qapıda Vaqner da Silva dururdu. Baş məşqçi Qurban Qurbanov qol buraxmayan qapıçını dəyişməklə səhvə yol vermədi?
- Bu barədə bir söz deyə bilmərəm. Fikir bildirmək üçün komandanın daxilində olmalısan. Bu, baş məşqçinin seçimidir.
- Azarkeşlər hər iki oyunda “Qarabağ”ın qapısına vurulan qol epizodunda səhvə yol verən mərkəz müdafiəçisi Rəşad Sadıqovdan narazıdırlar. Necə düşünürsünüz, 36 yaşlı kapitan artıq karyerasını başa vurub yerini cavanlara verməlidir?
- Cavan hanı? Onun yerinə Yakub Jezniçakın çıxış etməli olmasına gəlincə, niyə legioner? BATE 9-10 yerli futbolçu ilə “Qarabağ”ı keçirsə, biz niyə istifadə etməyək? Rəşad hələ oynamaq istəyir. Onun bizə çox köməyi dəyər. Səhvi hamı edir. Kimsə səhvə yol vermədiyini deyirsə, demək, heç nə etməyib, işləməyib. Rəşadı qınamağı düzgün saymıram. O, böyük təcrübəyə malikdir. Elə başa düşülməsin ki, Sadıqovu tərifləyirəm, müdafiə edirəm. Bir peşəkar kimi fikrimi deyirəm. Bütün futbolçular səhv edir. İndi meydandan qovulduğu üçün Emeqaranı danlayaq? Bəli, aqressiv davranıb, düz oynamayıb. Amma belə şeylər olur. Gəlin, Rəşadın səvindən yox, “Qarabağ”ın niyə qol vura bilməməsindən danışaq. Mahir Mədətovun şansları oldu. Təkbətək çıxdı, onu da vura bilmədi. Danlamaq, ancaq səhvləri qabartmaq asandır. Oyunçulara dəstək verməliyik. Çatışmazlıqlar üzərində işləmək lazımdır.
- Bir çoxları hesab edir ki, problem Sadıqovun əsas heyətdə oynaması yox, bu günə qədər onun yerinə mərkəz müdafiəçisinin yetişdirilməməsidir. Bu fikirlə razısınız?
- Bəli, razıyam. Əsas məsələ budur. Məşqçilər Komitəsi olaraq bunu 3 ildir deyirik. Niyə bir çox mövqelərə böyük məbləğ qarşılığında legioner gətirməliyik?
- BATE gözlədiyiniz səviyyədə idi?
- BATE inkişafda olan komandadır. Heyətləri də əsasən, yerli futbolçulardan təşkil olunub. 37 yaşlı Aleksandr Qlebi komandada saxlayıblar, onun təcrübəsindən yararlanırlar. Bizdə isə deyirlər ki, Rəşad karyerasını başa vursun. Bu cür futbolçuların təcrübəsindən bəhrələnmək lazımdır. SSRİ dövründə belə bir sistem vardı: təcrübəli futbolçulardan, məşqçilərdən yararlanırdılar. Belaruslular bunu saxlayıblar. Biz isə bu ənənəni itirmişik. Rəşad daha bir mövsüm oynamağa qərar verib. Gücü var, lap gözəl. Bu, təqdirəlayiq haldır. Cavan uşaqlar ondan öyrənməlidirlər. Yeni gələn nəsildə xarakter lazımdır. Bizim klublar I Diviziona da əcnəbi gətirir. Legionerin orada nə işi var?
- “Qarabağ”ın yeni legionerləri barədə nə deyə bilərsiniz?
- Hələ yenidirlər, bir neçə oyunlarını izləmişik. Komandaya tam uyğunlaşmaları üçün zaman lazımdır. Abdullah Zubiri qeyd edərdim, cinahlarda çox fəaldır, yaxşı texnikaya malikdir. Amma sonluğu gətirməkdə çətinlik çəkir.
- “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində “Şerif” (Moldova) – “Valür” (İslandiya) cütünün qalibi ilə qarşılaşacaq. Ağdam klubunun şansını necə dəyərləndirirsiniz?
- “Qarabağ” Avropa Liqasının qrupuna düşməkdə çətinlik çəkməməlidir. Moldova futbolu bizə tanışdır. İslandiyada isə son illər ciddi inkişafın olması diqqət çəkir. Lakin komandamızı daha şanslı sayıram.