Cənubi Koreyada qatar reysdən çıxdı: 4 yaralı, 2 ölü

Cənubi Koreyada qatar reysdən çıxdı: 4 yaralı, 2 ölü Dünya

Cənubi Koreyanın Çonqdo bölgəsində qatar relsdən çıxaraq bölgədə araşdırma aparan işçilərin üzərinə aşıb. 

News24.az xəbər verir ki, hadisə nəticəsində 2 işçi həyatını itirib, 4-ü isə yaralanıb.

Qatarda 89 sərnişin olmasına baxmayaraq, onların heç biri xəsarət almayıb.

Hadisə ilə bağlı araşdırma başladılıb.