Ukrayna bu tarixdə Aİ-yə qəbul edilə bilər
Dünya
Litva Prezidenti Gitanas Nauseda Avropanı Ukraynanın birliyə qəbulu üçün 2030-cu ili təyin etməyə çağırıb.
News24.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti bildirib.
Xəbərə görə, o, bunu “istəkli ölkələrin koalisiyası” liderlərinin videokonfransı zamanı deyib .
“Biz Ukraynanı danışıqlar prosesinə daxil etməli və Aİ-yə üzvlük üçün konkret tarix – 2030-cu ili təyin etməliyik”, - Nauseda bildirib.
Litva liderinin sözlərinə görə, bu məsələ ilə bağlı danışıqlar prosesi hələ sentyabrda bərpa oluna bilər.
Aqil Qarayev