Opera və Balet Teatrı 111-ci mövsümü
    • 5-09-2019, 16:36
    • 2 042

Opera və Balet Teatrı 111-ci mövsümü "KOROĞLU" İLƏ AÇACAQ

Sentyabrın 19-da Üzeyir Hacıbəylinin "Koroğlu" operasının tamaşası ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 111-ci teatr mövsümünə başlayacaqdır. Tamaşa Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutacaqdır.


Opera və Balet Teatrından News24.az-a verilən məlumata görə, tamaşada teatrın aparıcı solistlərindən Əməkdar artistlər Afaq Abbasova (Nigar), Ramil Qasımov (Koroğlu), Cahangir Qurbanov (Həsən xan), Xalq artistləri Əli Əsgərov (İbrahim xan), Əkrəm Poladov (Alı kişi), Fidan Hacıyeva (Xanəndə qız), solist  Taleh Yahyayev (Ehsan paşa) və b. çıxış edəcəklər.  Tamaşanı Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrininlaureatı Əyyub Quliyev idarə edəcəkdir. 

Eyni zamanda festival çərçivəsində həmçinin sentyabrın 21-də C.Puççininin "Bohema" operası, sentyabrın 22-də F.Əmirovun "Nəsimi" baleti,  sentyabrın 28-də A.Adanın "Jizel" baleti, sentyabrın 29-da Üz.Hacıbəylinin "Leyli və Məcnun" operasının tamaşaları nümayiş olunacaqdır. 
Yeni teatr mövsümündə Opera və Balet Teatrının tamaşaçılarını çox maraqlı layihələr - premyeralar, tanınmış opera və balet sənəti ulduzlarının iştirakı ilə tamaşalar gözləyir.