İtkin düşən yaşlı kişi asılmış halda tapıldı
    • 5-09-2019, 21:22
    • 995

İtkin düşən yaşlı kişi asılmış halda tapıldı

Qaxda itkin düşən 82 yaşlı kişi asılmış vəziyyətdə tapılıb.
News24.az xəbər verir ki, sentyabrın 1-i səhər saatlarında itkin düşən Qax rayon Ləkit kənd sakini Ağamalıyev Aslan Nuru oğlu elə həmin kənd ərazisindəki meşəlikdə asılmış vəziyyətdə aşkar olunub.
Hadisə yerini hüquq-mühafizə orqanlarının və prokurorluq əməkdaşları cəlb olunub. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.