Məşhur "qanuni oğru" həbs edildi

Məşhur "qanuni oğru" həbs edildi Hadisə

Sankt-Peterburq Şəhər Məhkəməsi cinayət aləmində yüksək vəzifə tutmaqda təqsirli bilinən Abxaziya Respublikasının vətəndaşı Denis Kvitsianiyə hökm çıxarıb.

News24.az xəbər verir ki, bu barədə şəhər prokurorluğundan məlumat verilib.

Təqsirləndirilən şəxs hədə-qorxu ilə tələb etməkdə, ekstremist təşkilatın fəaliyyətini təşkil etməkdə və onu maliyyələşdirməkdə təqsirli bilinib. 

O, daha öncə də  11 il 5 gün müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkib.

“Qanuni oğru” Kvitsiani üç il əvvəl hədə-qorxu ilə pul tələb etdiyi üçün Kresti istintaq təcridxanasında idi və onu “kral” statusunun başqa bir sahibi David Gerliani orada nəzarətçi təyin etmişdi.