İTV-nin məşhur aparıcısı dələduzların qurbanı oldu - PULLARI UĞURLANDI - FOTO
    • 6-09-2019, 09:36
    • 881

İTV-nin məşhur aparıcısı dələduzların qurbanı oldu - PULLARI UĞURLANDI - FOTO

Məşhur teleaparıcı dələduzların qurbanı olub. 

News24.az "Mirror"-a istinadən xəbər verir ki, Britaniyanın BBC və İTV telekanallarının aparıcısı olan Helen Skelton evdə olarkən ona zəng gəldiyini və həmin şəxslərin bank işçilərinin adından danışdığını bildirib. Həmin şəxslər H.Skeltona onun bank hesabı ilə şübhəli əməliyyatların aparıdığını bildiriblər. Suallara cavab verən aparıcı bir həftə sonra hesabından 70 min funt sterlinqin yoxa çıxdığını görüb.