Eks-prezident Robert VƏFAT ETDİ
    • 6-09-2019, 10:01
    • 771

Eks-prezident Robert VƏFAT ETDİ

Zimbabvenin 95 yaşlı eksprezidenti Robert Muqabe vəfat edib. 

News24.az "BBC News"-a istinadən xəbər verir ki, R.Muqabe uzun müddət idi ki, ağır xəstəliklə mübarizə aparıb. Eks-prezident müalicə aldığı Sinqapurda dünyasını dəyişib. 

Qeyd edək ki, Robert Muqabe 1980-ci ildə Zimbabvedə Baş nazir vəzifəsinə təyin olunub. 7 ildən sonra isə özünü prezident elan edib. O, 6 dəfə ard-arda prezident postuna seçilib və ölkəni 30 il idarə edib. 

2017-ci ildə isə öğlkədə baş verən çevriliş nəticəsində o, prezident postundan istefa verib.