"Kaspi Liseyi özəl məktəblər arasında ən yüksək nəticə göstərib" - SONA VƏLİYEVA - VİDEO
    • 6-09-2019, 11:51
    • 2 524

"Kaspi Liseyi özəl məktəblər arasında ən yüksək nəticə göstərib" - SONA VƏLİYEVA - VİDEO

Təhsil sferasında keyfiyyətli təhsili ilə fərqlənən Kaspi Təhsil Şirkətinin ötən tədris ilindəki fəaliyyəti mediaya təqdim olundu.

News24.az xəbər verir ki, Azərbaycanda 12 il fəaliyyət göstərən şirkətin hesabat tədbiri, Kaspi Liseylərinin və Kaspi Abituriyent kurslarının nəticələrinin təqdimatı üzrə iki mərhələdə keçirilib.

Tədbiri açıq elan edən Təhsil Şirkətinin baş direktoru Elnur Əliyev, ötən il təhsil sitemindəki və imtahan qaydalarındakı dəyişikliklər haqqında danışdı. O qeyd etdi ki, yeni imtahan sistemi şagirdlərin bilikləri ilə yanaşı, bacarıqlarının da bir neçə aspektdən yoxlanılmasına şərait yaradıb. Kaspi Təhsil Şirkəti də bu dəyişiklikləri müsbət qarşılayaraq şagirdlərinin yeni qaydalara adaptasiyasına köməklik göstərib.

E.Əliyev çıxışında 2019/2020 – ci tədris ilindən etibarən Kaspi liseyinin ingilis bölməsinin açılmasından, Bakının Nərimanov rayonunda yeni açılmış Kaspi Uşaq Bağçasının Gənclik filialından, Sumqayıtdakı Kaspi Uşaq Bağçasının nəzdində yeni istifadəyə verilmiş Kaspi Kids kurslarından, həmçinin Balakəndə, Bakının Mərdəkan qəsəbəsində yeni fəaliyyətə başlayacaq Kaspi abituriyent nümayəndəliklərindən və tədrisin keyfiyyətinin artırılması istiqamətində görüləcək işlərdən danışdı.
Sonra E.Əliyev sözü Kaspi Təhsil Şirkətinin təsisçisi Sona xanım Vəliyevaya verdi.

Sona xanım çıxışının əvvəlində abituriyent kurslarının bundan əvvəlki illərdəki uğurunu bu il də təkrarladığını qeyd etdi. O prezident təqaüdçüsü adını qazanan Əsmər Hacızadə, Məzahir Məmmədov və Vüqar Rufullanın nəticələrini xüsusilə qeyd etdi. 35 abituriyentin 600-dən yuxarı nəticə göstərdiyini və Əsmər Hacızadənin 690.5 bal toplayaraq I qrup üzrə respublika birincisi olduğunu, ümumilikdə Kaspi Abituriyent kurslarının bu il qəbul imtahanlarında göstərdiyi nəticənin 98% olduğunu vurğuladı.

Lisey haqqında danışarkən Sona xanım qeyd etdi ki, ötən il Kaspi Liseyinin məzunları əvvəlki illərdəki uğurunu təkrarlayaraq, qəbul imtahanlarında bu il də 100% nəticə göstərmişlər. 2018-2019 tədris ilində Ali Məktəblərə Qəbul İmtahanının göstəricilərinə əsasən Kaspi Liseyinin özəl məktəblər arasında ən yüksək nəticə göstərməsini, son 2 tədris ilində isə Buraxılış imtahanlarının nəticələrinə görə liseyin Respublika üzrə 1-ci yer tutmasını, məzunlarımızdan 12-nin nüfuzlu xarici universitetlərə qəbul olmasını, bu ilki məzunlardan Nigar Alıyevanın liseyi qızıl medalla bitirməsini, respublika fənn olimpiadasında gümüş medal qazanmasını, qəbul imtahanında isə 600-dən yuxarı bal toplayaraq BDU-nin hüquq fakultəsinin ingilis bölməsinə qəbul olmasını vurğuladı.

Kaspi Liseyin həmçinin 2018-2019-cu tədris ilində layihə olimpiadalarında ümumi 38 olmaqla, 6 qızıl, 9 gümüs, 23 bürünc medal qazandığı və bununla da 2015-ci ildən etibarən liseyin hesabındakı medal sayının 83-ə çatdığını bildirdi. Çıxışının sonunda Sona xanım Kaspi Abituriyent kurslarında, Kaspi Liseylərinin 2018/19-cu tədris ilində ali məktəblərə qəbul olmuş bütün məzunlarını, onların valideynlərini və Kaspinin müəllim heyətini təbrik etdi, onlara uğurlar arzuladı.

Tədbirdə bu ilki qəbul imtahanlarında yüksək nəticə göstərmiş Kaspi Liseyinin və Kaspi Abituriyent kurslarının məzunlarına, onların valideynlərinə, müəllimlərinə və təhsil aldıqları Kaspi müəssisələrinin rəhbərlərinə çıxış üçün söz verildi. Onlar Kaspi Təhsil Şirkətindəki tədrisin keyfiyyətindən, müəllimlərin peşəkarlığından, onlara göstərilən diqqət və qayğıdan məmnun olduqlarını söylədilər və bu sistemli və uğurlu fəaliyyətə görə Kaspi ailəsinə təşəkkürlərini bildirdilər.

Tədbir qəbul imtahanlarında uğur qazanmış Kaspi məzunlarının və müəllimlərinin mükafatlandırılması ilə yekunlaşdı.

Afaq Mirayiq

Foto-Video: Fərid Şabanov