Mərkəzi Bankda - YENİ TƏYİNAT

Mərkəzi Bankda - YENİ TƏYİNAT İqtisadiyyat

Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə bazarlarının hüquqi təminatı Departamentinə direktor təyin edilib.

News24.az “Report”a istinadla xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifə Mehriban Məmmədovaya həvalə olunub.

Son illər ərzində M.Məmmədova Mərkəzi Bankda müxtəlif vəzifələrdə çalışıb.