Avqustda qar yağdı - video

Avqustda qar yağdı - video Dünya

Avqustun sonunda Sankt-Peterburqa gözlənilmədən qar yağıb. 

News24.az xəbər verir ki, bu barədə “Piter Live” Teleqram kanalı məlumat yayıb.

Yerli sakinlər tərəfindən aparılan çəkilişlərdə avqustun 25-də, bazar ertəsi yağan qarın yolu və yeraltı keçidin pilləkənlərini kifayət qədər sıx təbəqə ilə necə örtdüyü görünür. Videolarda qarla yanaşı, asfaltda dolu, eləcə də, güclü yağışdan sonra küçəyə tökülən və qar parçalarına qarışan güclü su axınları da əks olunub