Ruslan Talıbov yüksək vəzifəyə təyinat aldı

Ruslan Talıbov yüksək vəzifəyə təyinat aldı Gündəm

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tabeliyində “Bakı Gəmiqayırma Zavodu” MMC-nin idarə heyətinin sədri Elşad Nuriyev vəzifəsindən azad edilib.

News24.az apa-ya istinadla xəbər verir ki, E.Nuriyevin yerinə bu vəzifənin icrası Ruslan Talıbova həvalə olunub.

Qeyd edək ki, R.Talıbov bu vaxta qədər Azərbaycan Fintex Assosiasiyasının idarə heyətinin sədri olub.