Alimlər belə bunu izah edə bilmədi: - Elə bir şey tapdılar ki...

Alimlər belə bunu izah edə bilmədi: - Elə bir şey tapdılar ki... Maraqlı

Çoxları düşünür ki, Qədim Misir haqqında hər şey məlumdur – piramidalar, fironlar, heroqliflər. Amma arxeoloji araşdırmalar dərinləşdikcə rəsmi tarixlə izah olunmayan tapıntılar ortaya çıxır. 

News24.az xəbər verir ki, alimlər bəzi artefaktlar öz dövrünü minlərlə il qabaqladığını, bəzilərinin isə ictimaiyyətdən gizlədiliyini etiraf edirlər.

1. Saqqara “planer”i

1898-ci ildə Saqqarada quşa bənzəyən taxta fiqur aşkar edilib. Sonradan aparılan təcrübələr onun aerodinamik quruluşa malik olduğunu göstərib: ideal gövdə forması, 7 dərəcə əyilmə bucağı və şaquli stabilizator – müasir planerlərə bənzər dizayn.

2. Abusirdə lazer dəqiqliyi ilə kəsilmiş daşlar

Abusir kompleksində dioritdən hazırlanmış meqalit blokları üzərində güzgü kimi cilalanmış səthlər və qövsvari kəsiklər aşkarlanıb. Bu səviyyəni qədim mis alətlərinin təkrarlaması mümkünsüz sayılır.

3. Osiris məbədində mişar izləri

Abydosda qranit blokların üzərində dairəvi mişar izlərinə bənzər paralel yivlər aşkar olunub. Sanki daşlar almaz örtüklü alətlə kəsilib və yüksək temperaturdan bir qədər əriyib.

4. Sfenksin altındakı gizli otaqlar

Georadar skanları Giza yaylasında Sfinksin pəncələrinin altında iki boşluq olduğunu göstərib. Herodotun da yazdığı bu otaqlarda nə olduğu hələ də sirr olaraq qalır.

5. Serapeumdan sirli sfera

Serapis məbədində 300 kiloqramlıq mükəmməl cilalanmış daş kürə tapılıb. Onun üzərində spiral oyma mövcuddur. Alimlər hələ də mübahisə edir: bu sadəcə kult obyekti, astronomik alət, yoxsa qədim mexanizmin bir hissəsi olub?

Aqil