Xaçmazdakı qəzada ölən və yaralanan şəxslərin kimliyi bilindi - ADLAR

Xaçmazdakı qəzada ölən və yaralanan şəxslərin kimliyi bilindi - ADLAR Gündəm

29.08.2025-ci il tarixində saat 23:00 radələrində  Xaçmaz rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 2 nəfər (kişi cinsli) Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Qeyd olunub ki, 1966-cı il və 1987-ci il təvəllüdlü şəxslərə bədənin müxtəlif nahiyyələrinin travmaları və açıq yaraları diaqnozları təyin olunub.

Zəruri ilkin tibbi xidmət göstərilən və vəziyyətləri qənaətbəxş qiymətləndirilən hər iki şəxs öz istəklərilə ixtisaslı tibbi xidmətdən imtina edib.

Aqil Qarayev