Buş 11 sentyabr terrorunu bilirdi, Putin zəng etmişdi Şok iddia!
    • 7-09-2019, 02:10
    • 950

Buş 11 sentyabr terrorunu bilirdi, Putin zəng etmişdi Şok iddia!

Keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) təhlilçisi Corc Beebi sabiq prezident Corc Buşun 11 sentyabr terrorundan xəbərdar olduğunu iddia edib.
News24.az xəbər verir ki, CİA təhlilçisi qələmə aldığı kitabında Rusiya Prezidenti Vladimir Putinin Corc Buşu 11 sentyabr hadisələri barədə məlumatlandırdığını qeyd edib.
Corc Beebi kitabında yazıb ki, Putin 11 sentyabr terrorundan 2 gün əvvəl Buşa zəng edərək Əfqanıstanda uzun müddət hazırlıq görülən yeni bir terror hücumu barədə məlumat əldə edildiyi barədə xəbərdarlıq edib.
Qeyd edək ki, bu günədək Moskvadan xəbərdarlıq olduğu barədə uzun illərdir danışılsa da, indiyədək bu iddialar kəşfiyyat arasında məlumat mübadiləsi kontekstində olub.
Xatırladaq ki, 2001-ci il sentyabrın 11-də “Əl Qaidə”nin 19 üzvü 4 təyyarəni ələ keçirərək, onları Ümumdünya Ticarət Mərkəzinin əkiz binalarına, Pentaqonun mənzil-qərargahına çırpmışdı. Daha bir təyyarə isə Pensilvaniyanın Şanksvill şəhəri yaxınlığında qəzaya uğramışdı. Terror aktı zamanı 2996 nəfər həlak olmuş, 6 mindən çox insan isə xəsarət almışdı. “Əl-Qaidə” qruplaşması və onun lideri Üsəma Ben Laden hadisənin əsas təşkilatçısı elan olunmuşdu. /Telegraf/