Göygöldə evdən qadın meyiti tapıldı

Göygöldə evdən qadın meyiti tapıldı Hadisə

Göygöldə evdən 86 yaşlı qadının meyiti aşkarlanıb.

News24.az xəbər verir ki, "Unikal"ın məlumatına görə, hadisə rayonun Şəhriyar kəndində qeydə alınıb.

1939-cu il təvəllüdlü Q.Abbasovanın meyiti yaşadığı ünvanda aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.