Digahda faciəvi hadisə - 14 yaşlı oğlan öldü
Hadisə
Dünən Abşeron rayonu Digah qəsəbəsində faciəli hadisə qeydə alınıb.
News24.az əldə etdiyi məlumata görə, saat 14 radələrində Digah kənd sakini 2011-ci il təvəllüdlü Ayxan Zülfü oğlu Abdullazadə qəsəbə ərazisindəki gölməçədə çimərkən boğulub. Yeniyetmənin meyiti sudan çıxarılıb.
Hadisə ilə bağlı araşdırmalar aparılır.
Xeyrənsə Piriyeva