“O, görüşmək istəmədiyinə görə məni Moskvaya dəvət edib”

“O, görüşmək istəmədiyinə görə məni Moskvaya dəvət edib” Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinin Moskvada danışıqlar aparmaq dəvəti haqda danışıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, o bu barədə sentyabrın 4-də Parisdə “könüllülər koalisiyası”nın iclasından sonra açıqlama verib.

“Amerikalı tərəfdaşlar dedi ki, Putin məni Moskvaya dəvət edib. O, görüşmək istəmədiyinə görə məni Moskvaya dəvət edib”, - Zelenski bildirib.

Zelenskinin sözlərinə görə, Rusiya hərbi münaqişəyə son qoymaq üçün heç bir istək göstərmir.