Mənzillərə girməyə çalışan qadının kimliyi - bilindi

Mənzillərə girməyə çalışan qadının kimliyi - bilindi Hadisə

Bakıda mənzillərə daxil olmağa cəhd edən qadının şəxsiyyəti müəyyən edilib.

News24.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli açıqlamasında həmin şəxsin 1992-ci il təvəllüdlü, tufeyli həyat tərzi keçirən Səidə Kişiyeva olduğunu bildirib.

Hazırda onun tutulması üçün polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür. 

Qurumdan əlavə məlumatın veriləcəyi qeyd olunub.