Azərbaycanda saxlanılan rusiyalı ermənilər buraxılacaq?
    • 8-09-2019, 11:26
    • 550

Azərbaycanda saxlanılan rusiyalı ermənilər buraxılacaq?

Azərbaycanın hüquq-mühafizə orqanları dünən KİV-in Göygöl rayonunda erməni əsilli iki Rusiya vətəndaşının saxlanması barədə yaydığı xəbərə hələ münasibət bildirməyiblər.

News24.az xəbər verir ki, Rusiya səfirliyindən Turan agentliyinə deyiblər ki, bu məlumatı yoxlayırlar. Diplomatik nümayəndəlikdən onu da bildiriblər ki, indiyədək (şənbə günü-günorta) Azərbaycan tərəfdən onlara heç bir rəsmi məlumat daxil olmayıb.

Eyni zamanda, hələlik saxlanılan şəxslərin adları da məlum deyil. Qeyri-rəsmi məlumata görə, ər-arvad Rusiyadan Gəncəyə gəlib, oradan isə əvvəllər ermənilərin yaşadığı Çaykənd kəndinə gediblər. Orada onlar "şübhəli" davranışları ilə əlaqədar saxlanılıblar. Saxlanılan şəxslərin adları və yaşları açıqlanmır.

Etibarlı mənbələrdən Turan-a daxil olan məlumata görə, yoxlama və profilaktik söhbətdən sonra saxlanılan şəxslər sərbəst buraxılacaqlar.

Ermənilərin saxlanılmasına cəbhə xəttinin bilavasitə yaxınlığında-xüsusi hərbi dövr rejimi qüvvədə olan yerdə olmaları səbəb olub.