-
- 4-07-2018, 18:18
- 3 577
Paşinyandan ŞOK ADDIM: qoşunu Qarabağa yeritdi və... - "Hücuma keçməliyik"
Ermənistanın Daxili Qoşun birləşmələrini Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə yerləşdirməsi işğalçı ölkənin müharibəyə hazırlaşdığını əyani şəkildə sübut edir.
Ermənistan mediasında yayımlanan məlumatlar da İrəvanın müharibə hazırlığında olduğunu deməyə əsas verir.
Azərbaycanın Naxçıvan istiqamətində uğurlu əməliyyatı, ardınca Ordumuzun qüdrətini nümayiş etdirən hərbi paradın keçirilməsi, daha sonra isə iyulun 2-də 20.000 şəxsi heyətlə başlanan genişmiqyaslı hərbi təlimlər Ermənistanda böyük qorxuyalara səbəb olub.
Ermənistanın baş naziri Nikol Paşinyan erməni hərbi birləşmələrinə müharibəyə hazırlıq əmri verib. Bu əmrdən sonra Daxili Qoşun birləşmələrinin Qarabağa gətirilməsi təsadüfi deyil.
Azərbaycan Xarici İşlər Nazirliyi məsələyə rəsmi münasibət açıqlayıb.
“Beynəlxalq hüquqa zidd bir şəkildə Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti və texnikasının böyük bir hissəsi Azərbaycanın işğal olunmuş ərazilərində cəmləşdirilib. Qoşun birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirməsi Ermənistan ordusunda acınacaqlı vəziyyətin və şəxsi heyətin komplektləşdirilməsində üzləşdiyi ciddi problemlərin əyani göstəricisidir. Bununla bərabər, ölkənin üzləşdiyi sosial-iqtisadi problemlərin həllində ciddi çətinliklərlə üzləşən Ermənistanın populist rəhbərliyi bu kimi gərginlik ab-havası və hərbi ritorika ilə ictimai rəyi manipulyasiya etməyə və öz reytinqini saxlamağa çalışır. Öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmaq əvəzinə Ermənistanın Daxili qoşun birləşmələrini də Azərbaycanın işğal olunmuş ərazilərinə dislokasiya etməsi Ermənistan işğalçı dövlət olduğunu və rəsmi Yerevanın münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmadığını növbəti dəfə açıq şəkildə nümayiş etdirir. Yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür”, - deyə XİN-in sözçüsü bildirib.
Ermənistanın yeni hakimiyyətinin danışıqların ruhuna zidd açıqlamaları da İrəvanın münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını, bu situasiyanın isə Qarabağda yeni müharibənin başlamasına gətirib çıxaracağını deməyə əsas verir.
Erməni şərhçi Qarnik Qevorqryan yazır ki, Qarabağda müharibə yaxındır. O, Ermənistan ictimaiyyətinin müharibəyə hazırlaşdırılmasını təklif edir.
Erməni politoloq Levon Şirinyan isə sülh danışıqlarından imtina etməyə və hücuma keçməyə çağırış edib.
“Biz ilk növbədə Naxçıvanı ələ keçirməliyik. Bu, bizim birinci respublikamızın bölünməz hissəsidir. Əsas məsələ indi bizim bunu edib-edə bilmədiyimizdir. Yox olmaq istəyirik, yoxsa yaşamaq?! Mən sülhün psixi xəstəliyini anlamıram. Hazırkı hakimiyyət müvəqqətidir, biz təcili olaraq növbədənkənar seçki keçirməli və yeni hakimiyyətlə hücuma keçməliyik. Azərbaycanın qarşısını almaq üçün biz öncədən hücum etməliyik”, - deyə Şirinyan vurğulayıb.
//Publika.az