Eks-prezidentin dəfn qalmaqalı - MEYİT ORTADA QALDI - FOTO
    • 9-09-2019, 13:09
    • 847

Eks-prezidentin dəfn qalmaqalı - MEYİT ORTADA QALDI - FOTO

Bir neçə gün öncə vəfat edən Zimbabvernin keçmiş prezidenti Robert Muqabenin dəfn olunması ilə bağlı qalmaqal yaşanır. 

News24.az "BBC"-yə istinadən xəbər verir ki, qalmaqala səbəb dövlət və R.Muqabenin ailəsinin dəfn yeri ilə bağlı otraq məxrəcə gəlməməsidir. 

Dövlət eks-prezidentin milli qəhrəmanların dəfn olunduğu qəbristanlıqda basdırılmasını təklif edib. Lakin, ailə bununla razılaşmayıb. Onlar R.Muqabenin doğulduğu Kuatama kəndində dəfn olunmasını tələb ediblər. 

Robert Muqabenin dəfnində Zimbabvernin hazırkı prezidenti Emmerson Mnanqaqva və dövlət rəsmiləri iştirak edəcək.