Gəncədə dəhşətli hadisə: - Ata və qızı bıçaqlandı

Gəncədə dəhşətli hadisə: - Ata və qızı bıçaqlandı Kriminal


Gəncədə ata və qızı bıçaqlanıblar.

News24.az “Report”a istinadla xəbər verir ki, hadisə Gəncədə yerləşən məcburi köçkünlər üçün qəsəbədə qeydə alınıb.

Bıçaqlanan şəxslər 1997-ci il təvəllüdlü A.Mirzəyeva və 1974-cü il təvəllüdlü Z.Əliyev xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, hadisəni törətməkdə 1997-ci il təvəllüdlü Kəlbəcər rayon sakini M.Mirzəyev şübhəli bilinir.

Faktla bağlı araşdırma aparılır.