Daha bir rayonda 15 yaşlı qızın ərə verilməsinin - qarşısı alındı

Daha bir rayonda 15 yaşlı qızın ərə verilməsinin - qarşısı alındı Hadisə

Quba rayonunda 15 yaşlı qızın 1990-cı il təvəllüdlü şəxsə ərə verilməsinin qarşısı alınıb.

News24.az APA-ya istinadən xəbər verir ki, Quba Rayon Polis Şöbəsində qanunsuz əməlin təşkilində təqsiri olan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

İstintaq tədbirləri davam etdirilir.