"Nissan"ın rəhbərliyi İSTEFA VERİR
    • 9-09-2019, 17:14
    • 734

"Nissan"ın rəhbərliyi İSTEFA VERİR

"Nissan" avtomobil şirkətinin rəhbərliyində dəyişiklik olacaq.

News24.az"RİA"ya istinadən xəbər verir ki, Xiroto Saikava 16 sentyabr tarixində tutduğu vəzifədən istefa verəcək. Bu haqda direktorlar şurasının iclasından sonra baş tutan keçirilən mətbuat konfransında bildirilib. 

Başqa bir qərara əsasən boş qalan rəhbər vəzifəsinə Yasuxiro Yamauti namizəd göstərilib. 

Qeyd edək ki, ötən ilin sonundan etibarən avtomobil istehsalçısı şirkətin idarə heyətinin keçmiş sədri Carlos Ghosnun həbsi və çirkli maliyyə əməliyyatları ilə əlaqəli bir sıra qalmaqallarla sarsılıb.